Paşinyan: 2028 ci ildə Aİ nin Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm

04.05.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakı oldu, baxmayaraq ki, bu iştirak videokonfrans formatında baş tutub”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin sammitində etdiyi çıxışında deyib.
Eyni zamanda, Ermənistan lideri Azərbaycana rəsmi səfər etmək istəyini də bildirib.
"Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью