Paşinyan 27 sentyabrı niyə yad etməyib?

01.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin 44 günlük müharibənin başlamasının ildönümünü niyə qeyd etmədiyindən danişib.

“Cebheinfo.az” xəbər verir ki, 1 oktyabrda keçirilən brifinqdə Paşinyan bu məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, müharibə beş ildir fasiləsiz müzakirə olunur: 

“Müzakirə olunmamış heç bir mövzu qalmayıb”. 

Paşinyan hesab edir ki, nəticə etibarilə Ermənistan tarixində konkret olaraq müzakirə edilməyən bir çox gün var: 

“Vətən naminə həlak olanlar üçün anım günü var. Bu, onun üçün təsis edilib ki, bir hadisədə həlak olanlarla digər hadisədə həlak olanlardan fərqli yanaşmayaq”. 

Ermənistan İctimai Televiziyasında 27 sentyabrda konsert yayımlanmasına münasibət bildirən Paşinyan "Səmimi olaraq bilmək istəyirəm ki, səkkiz ildən, yaxud on ildən sonra 27 sentyabrda konsert vermək olarmı?”,- deyə soruşub. 

Ümumiyyətlə, baş nazir hesab edir ki, Ermənistan tarixi faciəli günlərlə dolu olduğundan, 360 günün faciə günləri olduğu ortaya çıxır. Paşinyan Yerablur hərbi panteonunu ziyarət etiyi zaman həak olanlaırn yaxınlarınən qəzəbinə tuş gəldiyini xatırladb və hər dəfə bu hissi aşamaq istəmədini deyib. 27 sentyabrı kilsədə andığını deyən Paşinyan “Verdiyimiz mesajların dili 8 avqustun (Vaşinqtondakı görüş və  paraflanmış sənədlər nəzərdə tutulur-red.)  ruhuna uyğun olmalıdır. Amma işğal və “soyqırım”dan bəhs edilməməsi açıq şəkildə mənfi reaksiya doğurur”,- deyib. 

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan 27 sentyabr

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью