Paşinyan 3 cü savaşa başladı, ermənilərə çağırış etdi KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır.
Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır.
Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistandakı hökumət-kilsə qarşıdurması haqda qeyd edib.
“Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb.
Birinci dəfə ona qarşı silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi.
Qasparyan Paşinyana müraciət edərək, istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı.
Tam oxu
Xəbəri oxu