“Paşinyan 44 günlük müharibədə burada idi” Ohanyan KONKRET

11.03.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paşinyan 2008-ci ildən müxtəlif yerlərdə siçovul kimi gizlənib, müharibə zamanı isə zirzəmilərdə olub.

KONKRET.az Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Nikol Paşinyan bu yaxınlarda Gümrü seçkiləri kontekstində keçmiş hakimiyyətin əleyhinə danışarkən bildirmişdi ki, kimlərsə zirzəmilərdən siçovul kimi çıxıb, küçələrdə gəzir, talan, korrupsiya, oğurlananları xalqa qaytarmaq üçün siyasi kampaniya aparırlar. Bu qiymətləndirmədən sonra 2008-ci il proseslərindən başlayaraq müharibə zamanı özü də zirzəmilərdə olan, özü də müxtəlif yerlərdə gizlənən Nikol Paşinyana necə davranmalıyıq?

“Ölkəni bu vəziyyətə gətirən, onu məhv edən şəxs məsuliyyəti öz boynuna götürmək əvəzinə, günahı keçmişə yıxmağa çalışır”, – deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью