Paşinyan ABŞ yə gedib

26.09.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan 26-27 sentyabr tarixlərində ABŞ-də işgüzar səfərdə olacaq.

Ölkə.Az "Report"a istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"O, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və yüksək səviyyəli debatlar seqmentində çıxış edəcək", - o qeyd edib.

Bundan əlavə, səfər çərçivəsində N.Paşinyanın BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü də planlaşdırılıb.

O, dünən Rusiyanın paytaxtında keçirilən "Ümumdünya Atom Həftəsi" forumunda iştirak edib, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью