Icma.az bildirir, News24 saytına əsaslanaraq. Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstəqillik Bəyannaməsinə ist
Fəqət, sadəcə ilk baxışda.Çünki siyasətdə və beynəlxalq hüquqda niyyətlər, açıqlamalar və bəyanatlar hələ hər şey demək deil.
Gərçi İrəvan ritorikasını hüquqi baxımdan təsbit olunmuş reallığa çevirməzsə, Azərbaycanla sülh prosesində irəliləyişdən danışmaq hələ tezdir.
Üstəlik, həm də yersizdir.Cənubi Qafqazın siyasi xəritəsində Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsi qədər sülh mühitini zəhərləyən ikinci bir sənəd yoxdur.
Bu bəyannamə Azərbaycanın suveren ərazisinin hüquqi baxımdan təftişinə "milli məqsəd", az qala ermənilərin ideoloji hədəfi donunu geyindirərək, illərlə davam edən münaqişənin qeyri-rəsmi episentrinə çevrilib.1995-ci ildə referendumla qəbul olunmuş qüvvədəki Ermənistan Konstitusiyasının preambulasında həmin bəyannaməyə istinad edilməsi isə bu sənədi Ermənistanın Qarabağ üzərində ərazi iddialarının ideoloji və hüquqi təməli kimi təqdim edir.
Konstitusiyada açıq şəkildə "birləşmə" sözü işlənməsə də, Müstəqillik Bəyannaməsinə istinad dolayısı ilə beynəlxalq hüquqdan və legitimlik çərçivəsindən kənarda qəbul edilmiş separatçı qərarları qanuniləşdirməyə cəhd kimi çıxış edir.Rəsmi Bakının mövqeyi bu məsələdə hər zaman qəti və dəyişməz olub: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı hətta dolayı işarələr olduğu müddətcə sülh mümkün deyil.Biz öz torpaqlarımıza iddia edən bir dövlətlə sülh sazişi imzalaya bilmərik.
Əvvəlcə Konstitusiya dəyişməlidir, sonra saziş - bu ardıcıllıq müzakirə mövzusu deyil.Erməni siyasi riyaziyyatında referendum, seçki və ikili məğlubiyyət riski bir araya gəlib.
Nikol Paşinyan ilk dəfə 2025-ci ilin martında bu istinadın Konstitusiyadan çıxarılmasına hazır olduğunu bəyan etdi.