Paşinyan açıqladı: Azərbaycan sərhədindən Türkiyəyədək...

02.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.

Paşinyanın sözlərinə görə, hazırda Avropa Birliyi ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır.

“Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”, – Ermənistan lideri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью