Paşinyan AİB in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb

11.12.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında Azərbaycanın Ermənistana tranziti qadağasını ləğv etməsini alqışlayıb.

APA-nın xəbərinə görə, Baş nazir regionda baş verən müsbət dəyişikliklərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli uğurlardan biri kimi dəyərləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью