Paşinyan ailəsi ilə birlikdə qəzaya düşüb: Özü açıqladı

28.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan qəzaya düşüb.

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, o, hökumətin bugünkü iclasında qəzaya uğradığını bildirib. 

"Mən şəxsi təcrübəmi bölüşmək istəyirəm. Mən özüm üçün prinsip eləmişəm ki, maşında qış təkərləri olmalıdır. Bunu ailə üzvlərimlə qarlı yolda qəzaya düşdüyümdən sonra anladım", - Paşinyan deyib.

O, qəzanın tarixini və yerini açıqlamayıb. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью