Paşinyan Alen Simonyana əvəz tapıb | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri belə məlumat yayıb.
“Hökumət başçısı partiyadaxili səsverməni elə qurmağı planlaşdırır ki, seçki siyahılarını təsdiq edərkən Ermənistanın ABŞ-dəki keçmiş səfiri ən çox səs toplasın”, - xəbərdə deyilir.
Qəzetin iddiasına görə, Paşinyan prosesin formal demokratik xarakterini nümayiş etdirmək istəyir, ona görə də səsvermənin iki mərhələdə keçirilməsi planlaşdırılır.
Birinci mərhələdə nümayəndələr siyahıda yerləri müəyyənləşdirmədən 50 namizədi seçəcəklər. İkinci mərhələdə konkret vəzifələr məlum olacaq.
Nəşr vurğulayır ki, Nikol Paşinyan məhz ikinci mərhələdə Lilit Makuntsun hakim partiyanın seçki siyahısında yüksək yer tutmasını təmin etmək niyyətindədir.
Sahil İsgəndərov AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu