Paşinyan Almatı Bəyannaməsindən danışdı

09.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb".

 "Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, 21 dekabr 1991-ci il tarixli Almatı bəyannaməsi MDB-nin təməl sənədlərindən biridir.

Paşinyan xatırladıb ki, 2024-cü ildə Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb və ratifikasiya ediblər.

"Bu Əsasnamə müstəqil Ermənistan və müstəqil Azərbaycan arasında bağlanmış ilk ikitərəfli hüquqi qüvvəyə malik sənəd olub. Bu sənəddə təsbit olunub ki, Ermənistan və Azərbaycanın müvafiq komissiyaları iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesində əsas prinsip kimi Almatı Bəyannaməsini rəhbər tutacaqlar", - o əlavə edib.

 "Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью