Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi Ermənistanda parlament seçkiləri keçirilir.
Turkustan.az xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının lideri, Baş nazir Nikol Paşinyan parlament seçkilərində səs verib. Paşinyan səhər saatlarında İrəvanın Şenqavit rayonundakı 8/20 saylı seçki məntəqəsinə gəlib. Diqqət çəkən məqam isə siyasətçinin əvvəlki səsvermələrdən fərqli olaraq məntəqəyə tək gəlməsi olub. Paşinyanın ailəsinin seçki günündə hansı səbəbdən onun yanında olmaması hələlik açıqlanmır.
Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir./publika.az