Paşinyan Araikin bunu açıqlamasını istəmir Xaçatryan

13.11.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Biz hazırda Ermənistan Respublikasının COP29-la bağlı rəsmi mövqeyini görmürük. Əgər hakimiyyətdən heç kim Bakıya getməyəcəksə, bunun səbəbini açıqlamalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti keçmiş qondarma rejimin Azərbaycanda həbsdə olan cinayətkarlarının azad edilməsini istəmir:

“Baş nazir Nikol Paşinyan və digər hökumət nümayəndələri “artsax rəhbərləri”nin azad edilib ölkəmizə gətirilməsini istəmirlər. Paşinyan deyir ki, “artsax”da hakimiyyət dəyişikliyi oldu və buna görə müharibə uğursuzluqla nəticələndi, biz oranı itirdik. Təsəvvür edin Araik Arutyunyan gəlib İrəvanda açıqlayır ki, əslində könüllü şəkildə istefa verib, sadəcə yaranış vəziyyəti anlamadı üçün vəzifəsindən gedib. Bu, onların maraqlarına uyğun deyil. Paşinyan ölkədə formalaşdırdığı fikrin pozulmaması üçün Arutyunyan və digərlərinin Ermənistanda danışmasını istəmir”.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью