Paşinyan: Artıq müharibə mümkün deyil | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanın (və ya müharibənin) demək olar ki, mümkün olmadığı vurğulanıb.
Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması faktında öz əksini tapıb”.Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.O qeyd edib ki, hesabatda Azərbaycanın hərbi xərcləri məsələsinə də toxunulub: “Biz də ölkəmizin müdafiə qabiliyyətini sistematik şəkildə, uğurla artırırıq”.Paşinyan ritorikadan başlayaraq Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə keyfiyyətcə dəyişiklik baş verdiyinə diqqət çəkib: “Həmin ritorika artıq keyfiyyətcə dəyişikliyin əlamətlərini göstərir, mən bunu alqışlamaq istəyirəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu