Paşinyan arvadı ilə rəsmi nikahda deyilmiş VİDEO

17.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

“Biz nə rəsmi şəkildə, nə də dini qaydada evliyik. Münasibətimiz ümumi övladlarımız sayəsində möhkəmdir. Üstəlik, artıq neçə illərdir ki, siz (Anna Akopyan nəzərdə tutulur – red.) baş nazirin həyat yoldaşı kimi faktiki olaraq bəyannamə verirsiniz. Əslində, 27 ildir evliyik, amma rəsmi evli deyilik”, - deyə o qeyd edib.

Akopyan əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью