Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya prezidentinə dedim ki, bu yolu biz seçmişik və onu davam etdirəcəyik... Təsəvvür edə bilmirəm ki, apardığımız siyasət nəticəsində Ermənistan alternativsiz vəziyyətə düşsün”, – deyə Paşinyan bildirib.
Rusiya tərəfindən Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlərə toxunan Paşinyan Aİİ-nin faktiki olaraq fəaliyyətini iflic etdiyini bildirib.
“Əgər bu məsələ yaxın vaxtlarda həllini tapmasa, hesab edirəm ki, bu, Avrasiya İttifaqının sonunun başlanğıcı olacaq”, – o vurğulayıb.
Bununla belə, Paşinyan Putinlə telefon danışığını konstruktiv qiymətləndirdiyini və Ermənistanın hazırda Aİİ-dən çıxmaq planının olmadığını qeyd edib.
Xatırladaq ki, Paşinyanla Putin arasında telefon danışığı iyulun 27-də baş tutub. Ermənistanın baş naziri söhbət zamanı Rusiya bazarında Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Putin isə Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qərarın referendum yolu ilə qəbul edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Ermənistanda, xüsusilə parlament seçkiləri ərəfəsində hakimiyyətin Avropa İttifaqına inteqrasiya kursu Moskvanın etirazına səbəb olub. Rusiya Yerevanı Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməyə çağırıb. Bundan sonra Ermənistanın Rusiyaya ixrac etdiyi bir sıra məhsulların ölkəyə girişinə müxtəlif əsaslarla məhdudiyyətlər tətbiq edilib.
Səbinə Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Rusiya tərəfindən Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlərə toxunan Paşinyan Aİİ-nin faktiki olaraq fəaliyyətini iflic etdiyini bildirib.