Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa Şurasının (AŞ) baş katibi Alen Berset arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bildirilir ki, həmsöhbətlər Ermənistan-AŞ tərəfdaşlığı və regional məsələləri müzakirə ediblər.
Məlumata görə, Paşinyan və Berset Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları da nəzərdən keçiriblər.
Daşqın Həsənov
Missiya.Az