Paşinyan axtarışdadır: Naziri başqası ilə əvəz edəcək

02.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan yeni nazir axtarışındadır.

Gllobalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan ana olmağa hazırlaşır:

“O, uzun illərdir evlidir. Mənbələrin dediyinə görə, Sarkisyan analıq məzuniyyəti ilə əlaqədar aylarla işə getməyəcək. Bu o deməkdir ki, Nikol Paşinyan onu əvəz edəcək adam axtarmalı olacaq”, – deyə nəşr qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью