Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkmənistanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan səhər saatlarında Türkmənbaşı şəhərində velosipedlə gəzintiyə çıxıb.
Axşam.az xəbər verir ki, o, həmin anları sosial şəbəkə hesabında bölüşüb. Diqqət çəkən məqam isə onun həmin vaxt Azərbaycan mahnısı dinləməsi olub. O, müğənni Zeynəb Həsəninin "Aram, aram" mahnısına qulaq asıb.
Videonun sonunda Paşinyan əli ilə ənənəvi ürək işarəsini göstərib.
Videoya çox sayda şərh gəlib. İstifadəçilərin çoxu bunun Azərbaycan mahnısı olduğunu yazıb.