Paşinyan Azərbaycan mahnısını paylaşdı TRIPP lə bağlı mesaj verdi

24.11.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın məşhur “Ay gəlinə bax, gəlinə” mahnısının erməni dilində ifa edilmiş versiyasını sosial şəbəkə hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan paylaşımında Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP layihəsinin təməlinin qoyulmasına hazırlıq görüldüyünü bildirib.

“Yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP-in təməlinin qoyulmasına hazırlaşırıq”, – deyə Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, bundan ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlə çıxış edərək Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start verildiyini açıqlamışdılar.

Bu gönderiyi Instagram'da gör

Nikol Pashinyan (@nikolpashinyan_official)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью