Paşinyan: Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək

11.12.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib. Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın vaxtlarda Ermənistana səfər edəcəklər”.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, bu il Azərbaycan üzərindən Ermənistana qatar  daxil olub. “Mətbuatda oxumuşam ki, neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Biz son nəticədə  bu siyasətdə uğur əldə etmişik. Niyə biz bu uğurdan əl çəkməliyik? Biz fəaliyyətimizi bunun üzərində qurmalıyıq”, - Paşinyan vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью