Paşinyan Azərbaycan Prezidentinin dediyi sözü qəbul etdi | Icma.az
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanla nəzərdə tutulan sülh müqaviləsində razılaşdırılmamış iki maddəsinin həlli yollarını Bakıya təklif etmişik, əgər müsbət cavab olarsa, Ermənistan müqaviləni imzalamağa hazırdır.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni mediasına müsahibəsində deyib.
Paşinyan Azərbaycan prezidentinin son müsahibəsində “Ermənistanın birinci prezidentinin faşist bəyanatı” ifadəsindən danışıb.
O bildirib ki, bu məsələ Ermənistan tərəfindən qaynaqlanır və bu, təsadüf deyil.
Paşinyanın fikrincə, Ermənistan tərəfi Azərbaycanı düşmən obrazında gördüyündən Azərbaycanda da bu cür qəbul olunurlar.
"Bunun səbəbini anlamağa çalışmalıyıq. Azərbaycanla bağlı oxşar təsəvvürün Ermənistan Respublikasında da olduğu açıq-aşkar görünür.
Məhz bu qarşılıqlı qavrayışlar uzunmüddətli münaqişəyə gətirib çıxardı. Sülh gündəmi bu təsəvvürləri aradan qaldırmağı hədəfləyir.
Tam oxu
Xəbəri oxu