Paşinyan Azərbaycana işarə etdi Putinə mesaj göndərdi

26.02.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Moskvaya baza ilə bağlı müraciət edib-etməməsi sualına cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Polşada diplomatlar və analitiklərlə görüşdə danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan 102-ci Rusiya hərbi bazasını çıxarmağı planlaşdırmır:

“Bizim 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində mövcudluğu barədə heç bir planımız, proqramımız və narahatlığımız yoxdur. Moskva ilə sıx tərəfdaşlıq içindəyik, iqtisadi və siyasi əlaqələr qurulub.

Biz münasibətlərin inkişafında maraqlıyıq. 2020-ci ilin noyabrında Azərbaycanla atəşkəs məsələsində Rusiya Prezidenti Vladimir Putinin həlledici rolu olub”, — deyə o bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью