Paşinyan Azərbaycanla çayların birgə istifadəsindən danışıb

18.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan və Ermənistan sərhədyanı çayların birgə istifadəsi məsələsində əməkdaşlıq edəcək, bu istiqamətdə işçi qrupları formalaşdırılır.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh gündəliyi çərçivəsində iki ölkənin ərazisindən keçən və ya hər iki ölkənin ərazisindən axan sərhədyanı çayların idarə olunması üzrə birgə fəaliyyət zəruridir. Bu əməkdaşlıq ümumi ekoloji standartlara riayət edilməsini tələb edir.

Paşinyan Ermənistanın İran və Türkiyə ilə su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq təcrübəsini nümunə göstərib.

Qeyd edək ki, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra yayılan rəsmi məlumatda tərəflərin sərhədyanı çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasını alqışladığı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью