Paşinyan Azərbaycanla danışıqların nəticələri barədə Putinə məlumat verib

14.03.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı Rusiya Federasiyasının prezidentinə İrəvanla Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə məlumat verib. İkitərəfli və regional əlaqələrə dair məsələlər də müzakirə edilib.

Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью