Paşinyan: Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq

23.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Aİ-nin mülki missiyası sərhədin delimitasiyası aparılacaq hissələrində fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycana təklif vermişik".

Oxu.Az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

"Azərbaycana bunu təklif etdik: sərhədin delimitasiyası aparılacaq hissələrdən Aİ-nin mülki missiyasını çıxaraq. Delimitasiya aparıldığı yerlərdə müşahidəçilərin saxlanmasına ehtiyac yoxdur", - Paşinyan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью