Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır

11.02.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin əsas gündəm məsələlərindən biri olduğunu bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.

O qeyd edib ki, bu məsələ onun gündəliyində artıq uzun müddətdir yer alır: “Müqavilənin ötən ilin dekabrında, yanvarında, oktyabrında və aprelində imzalanması da gündəlikdə olub. Çünki sülh sazişi layihəsi üzrə danışıqlar ötən ilin mart ayında yekunlaşıb. Buna görə də işi davam etdirəcəyik”.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью