Paşinyan Bakı ilə danışıqlar üzrə sənədlərin ilin sonuna qədər dərc olunma səbəbini açıqlayıb

12.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar üzrə sənədlər paketinin ilin sonuna qədər dərc olunma səbəbini açıqlayıb.

Bakıvaxtı.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, o, bu barədə brifinq zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu, ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqədardır.

"Proses başa çatdıqdan sonra biz bu sənədləri açıqlaya biləcəyik. O zaman bu sənədlərin dərc olunması üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью