Paşinyan Bakı ilə razılaşdı, mesaj verilib Saqatelyan

25.12.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın və həyat yoldaşının son zamanlardakı aktivliyinə, İrəvan üçün hazırlanan yeni güzəştlər kontekstində baxmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan deyib.

Onun sözlərinə görə, baş nazirin hərəkətləri bir mesajdır və onun eks-prezidentləri debata çağırması qeyd olunan çərçivədə dəyərləndirilməlidir: 

“Nikol yaxşı bilirdi ki, keçmiş prezidentlər onunla diskussiyaya girməyəcəklər. Çünki onlar Qarabağı erməni ərazisi sayırlar. Beləliklə, Bakının tələblərinin icrası üçün təbliğat kampaniyası və ona hazırlıq işləri başlayır”.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью