Paşinyan: Bakı, Sumqayıt, Gəncə və Qarabağ ermənilərin vətəni deyil

26.05.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“Ermənilərin Qarabağa qayıdışı məsələsi gündəmə gətirilməməlidir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk edən ermənilərin geri qayıtması məsələsini gündəmə gətirməməlidir. Çünki buna “güzgü prinsipi” ilə cavab verilə bilər”, - Baş nazir bildirib.

Nikol Paşinyan bu iddianı “Qarabağ ermənilərinə qarşı cinayət” adlandırıb.

“Bu gün Qarabağ ermənilərinin Ermənistanda məskunlaşması üçün milyardlarla pul xərcləyirik. Amma “üçbaşlı müharibə koalisiyası” (Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Sarukyan) Qarabağ ermənilərini qızışdırmaq üçün hər şeyi edir”, - Ermənistan rəhbəri vurğulayıb.

Paşinyan elavə edib ki, ermənilərin Ermənistandan başqa kənarda vətənləri və dövlətləri yoxdur: “Vətən dövlətdir və dövlətdən kənarda vətən yoxdur. Eyni məntiqlə Ermənistan da başqaları üçün vətən hesab edilə bilər”.

Ermənistan Baş naziri Qarabağ məsələsinin birdəfəlik bağlandığı fikrini növbəti dəfə təkrarlayıb./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью