Paşinyan Bakının tələbini şəxsən yerinə yetirəcəyini açıqladı

26.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Konstitusiya Məhkəməsi sülh müqaviləsinin mətninin Konstitusiyamıza uyğun gəlmədiyi qərarını verərsə, o zaman dəyişiklik üçün təşəbbüskar özüm olacağam”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O, Bakı və İrəvan arasında sülh prosesindən imtina edilməməli olduğunu söyləyib:

“Əgər məhkəmə belə bir qərar verərsə, o zaman Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsinə çalışacağıq. Davamlı sülhə nail olmaq məqsədilə ictimaiyyəti buna inandırmaq üçün əlimizdən gələni edəcəyik.

Lakin Konstitusiya Məhkəməsi sazişin Ermənistan Respublikasının Konstitusiyasına tam uyğun olduğuna qərar verərsə, bu halda sənədin Milli Assambleyaya göndərilməsinə heç bir maneə olmayacaq”.

Qeyd edək ki, tam razılaşdırılmış sülh müqaviləsi mətninin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki əsas şərtdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və ölkəmizə qarşı ərazi iddialarını əsaslandıran maddələrin oradan çıxarılmasıdır.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью