Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Ermənistan Prezidenti Vahan Xaçaturyanın fərmanı ilə Nikol Paşinyan Ermənistanın Baş naziri təyin edilib.
"Yeni Sabah" xəbər verir ki, bundan əvvəl parlament seçkilərindən sonra formalaşdırılan parlamentin ilk iclasında o, istefa vermişdi.
Ermənistan Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Ermənistan Prezidenti parlamentdə çoxluq qazanan siyasi qüvvənin irəli sürdüyü namizədi Baş nazir təyin etməlidir. Parlamentdə çoxluğa sahib olan Vətəndaş Müqaviləsi Partiyası Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. pizza sifarişi