Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Anklav gündəminin üstündən adlayıb keçə bilmərik.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında məlumat verib.
“Desəm ki, anklav gündəmi yoxdur, bu, Ermənistanda cinayət məsuliyyəti üçün əsasdır, çünki Ermənistanın Artsvaşen (Gədəbəy rayonu ərazisindəki Başkəndi nəzərdə tutur – red.) şəklində "suveren ərazisi" var, ondan imtina edə bilmərik.
Yəni Azərbaycan anklav mövzusunu qaldırıb-qaldırmasa da və ya qaldırıb-qaldırmamasından asılı olmayaraq, anklav mövzusu gündəmdə olacaq.
Bu mövzu istər-istəməz müzakirələrimizin sferasında olacaq və hər birimiz öz arqumentlərimizlə çıxış edəcəyik”, - baş nazir bildirib.
Paşinyan “xəritə”də Başkəndi simvolizə edən kiçik hissəni də göstərib.
Qeyd edək ki, Ermənistan Başkəndin “Azərbaycan ərazisində ona məxsus anklav” olduğunu iddia edir.
Başkənd Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir.