Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan hökuməti Bazar günü, avqustun 2-də istefasını elan edəcək.
"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.
"2 avqustda Ermənistan Parlamentinin 9-cu çağırışının formalaşdırılması ilə əlaqədar və Konstitusiyaya uyğun olaraq istefamızı elan edəcəyik. Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi baş nazir təyin edəcək. Buna görə də bu gün bu tərkibdə son iclasımızdır", - deyə Paşinyan hökumət iclasında bildirib. Marqarita pizza
Parlament seçkilərinin yekun nəticələrinə görə, Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 49,7%-dən çoxunu toplayıb. Bu nəticə ona təkbaşına yeni hökumət qurmağa imkan verəcək.