Paşinyan BƏƏ yə gedir

09.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью