Paşinyan belə riskə getməz

29.01.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı təsbit olunan ərazi iddilarını ləğv etməlidir. Bakının bununla bağlı mövqeyi aydın və dəyişməzdir”.
Bunu Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, bu, beynəlxalq hüquqdan doğan haqlı tələblərdir:
“Bu günlərdə Ermənistan xarici işlər naziri yaxın aylarda sülh sazişinin imzalana biləcəyi barədə fikirlər səsləndirsə də, həmin fikirlər reallıqla uyğunlaşmır. Ermənistandakı mövcud ictima-siyasi vəziyyət, parlament seçkiləri öncəsi siyasi etirazların qızışması fonunda referenduma gedilərək sülhə mane olan müddəaların aradan götürülməsi mümükünsüzdür. Paşinyan hakimiyyəti belə bir riskə getməz”.
Əli Orucov hesab edir ki, iyunda baş tutacaq parlament seçkilərindən sonra sülh prosesi sürətlənə və son nəticəsinə çata bilər:
“Odur ki, mən Azərbaycan-Ermənistan arasnda sülh sazişinin bağlanmasını yaxın perspektivdə ehtimal etmirəm. Erməni cəmiyyətinin özü də hələ buna tam hazır deyil”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью