Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Bəndər Abbas limanında beş günəvvəl baş verən partlayış nəticəsində ölənlərlə bağlı bu gün İran liderlərinə başsağlığı verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin saytında yerləşdirilmiş mətnə görə, Paşinyan İranın ali dini lideri Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkiana ünvanladığı teleqramlarda hadisədən dərin ağrı ilə xəbər tutduğunu qeyd edib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
"Bu çətin anlarda biz sizə və dost İran xalqına dəstək və həmrəylik sözlərimizi bildiririk", - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, ötən şənbə günü İranın Bəndər Abbas limanında güclü partlayış baş verib; son məlumatlara görə, 70 nəfər həlak olub, 1200-dən çox insan yaralanıb.
Qadir, Bizimyol.info