Paşinyan bəyan elədi Sülhün önündəki son əngəl qalxır | Icma.az
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya dəyişikliyinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Azərbaycana qarşı ərazi iddiasının yer aldığı məqam Ermənistan Konstitusiyasından çıxarıla bilər: "Söhbət Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasından gedir.
Paşinyan artıq bunun anonsunu verib. O, Müstəqillik Bəyannaməsinin ölkəsinin inkişafına başlıca əngəl olduğunu söyləyib.
Həmin bəyannamədə Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da ərazi iddiası irəli sürülür.
Paşinyan bu kontekstdə bəyan elədi ki, bəyannamə bir dövlət kimi Ermənistanın varlığını inkar edir.
Paşinyanın bəyanına inansaq, qarşıdakı dövrdə Ermənistanın qanunvericilik bazasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını görə bilərik.
Tam oxu
Xəbəri oxu