Paşinyan bəyan etdi: Ermənistanın daxili işlər naziri bu xanım olacaq

20.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək.

Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat verib.

“Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq”, - o yazıb.

Qeyd edək ki, Arpin Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Sarkisyan buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sarkisyan qərbyönlü qanadla, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью