Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.
“Biz dedik ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometrdir və Kərki və digər anklavlar bu hesablamaya daxil edilməyib. Lakin Artsvaşen (yəni Gədəbəy rayonundakı Başkənd) hesablamaya daxil edilib və daxildir. Artsvaşendə insanlar yaşayır, bəs Artsvaşen Ermənistan ərazisi deyilmi? Hər halda, bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur. Bu məsələ ətrafında gərginliyin sıfıra enəcəyini gözləyirəm. Bu məsələ ən yaxşı şəkildə həll olunacaq”, - deyə Paşinyan bildirib.
Mürtəza