Paşinyan bir sıra yüksəkvəzifəli məmurları istefaya göndərir AZƏRTAC

18.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məmurlardan vəzifədən getməyi xahiş etdiyini təsdiqləyib.

AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan bu açıqlamanı mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq verib. Bildirib ki, məmurlar onun müraciətini anlaşıqlı qarşılayıblar.

Bu gün səhər Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın istefası barədə məlumat yayılıb.

Bazar günü axşam saatlarından etibarən Ermənistan mediasında yayılan məlumatlara görə, Ermənistanın daxili işlər naziri Vaqe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa ərizəsi yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью