Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avropa Birliyi ilə yaxınlaşma kontekstində balanslı xarici siyasətini davam etdirmək niyyətində olduğunu deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, rusiyalı jurnalistin bunu davam etdirmək planları ilə bağlı sualına Paşinyan belə cavab verib:
“Artıq qeyd etdiyimiz kimi, balanslaşdırılmış xarici siyasəti davam etdirməyi planlaşdırırıq”.
Jurnalistin “iki stulda oturmağın” mümkün olub-olmadığı sualına Ermənistanın Baş naziri belə cavab verib:
“Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin