Paşinyan BMT Baş Assambleyasındakı çıxışını təyyarədə yazdı...+VİDEO

22.09.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Erməni mediası xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan 22-25 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq.

Paşinyanın mətbuat katibi Melanya Arutyunyanın verdiyi məlumata görə, erməni hökumət başçısı qeyd edilən tarixlərdə  Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək və BMT-nin baş katibi Antonio Quterreş daxil olmaqla, xarici tərəfdaşları ilə görüşlər keçirəcək.

Moderator.az-ın "Armtimes" nəşrinə istinadla yaydığı xəbərdə isə deyilir ki, erməni Baş nazir sosial media səhifələrində 2 video yayımlayıb: birində Nyu-Yorka yola düşdüyünü elan edib təyyarəyə minməsini göstərib, digərində isə uçağın göyərtəsində BMT Baş Assambleyasında edəcəyi çıxışını yazdığını bildirib.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью