Paşinyan bu addımı atsa, Bakı İrəvan münasibətləri gərginləşəcək, Rusiya və İran isə… YENİ…
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan hökuməti Zəngəzur dəhlizini ABŞ-a təhvil verməyə razılaşıb.
Bu barədə İspaniyanın “Periodista Digita” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış “gizli memorandum”a istinadən xəbər yayıb.
Bəs görəsən, bu, nə dərəcədə dəqiq və etibarlı məlumatdır? Ümumiyyətlə, Paşinyanın bununla razılaşması mümkündürmü?
Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib: “Bu iddianın mötəbərliyi ciddi suallar doğurur.
Əvvəla, “gizli memorandum”a istinad edən mənbənin – “Periodista Digita”nın nə qədər etibarlı və nüfuzlu olması aydın deyil.
Ermənistan kimi daxili siyasi və iqtisadi baxımdan qeyri-sabit ölkənin Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli bir ərazini ABŞ-a “təhvil verməsi” daha çox geopolitik manipulyasiyalara xidmət edən informasiya müharibəsinin tərkib hissəsi kimi görünür.
Paşinyan hökumətinin ABŞ-la yaxınlaşma cəhdləri məlumdur, lakin konkret dəhlizin təhvil verilməsi ciddi suverenlik problemi yaradar və ölkə daxilində müqavimət doğurar.
Tam oxu
Xəbəri oxu