Paşinyan bu axşam katolikos II Qaregini İrəvanın hava limanında həbs etdirə bilər... | Icm…
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Erməni mediası katolikos II Qaregin ətrafında cərəyan edən hadisələri, xüsusən də onun saxlanılması ehtimalını geniş şəkildə işıqlandırır və bu məsələnin hökumət tərəfindən idarə olunan siyasi bir əməliyyat olduğunu iddia edir.
Ermənistanın "Joghovurd" qəzeti iddia edir ki, Baş nazir Nikol Paşinyanın hakimiyyəti, katolikosun güzəştə getmək niyyətində olmadığını gördükdən sonra, onun həbs edilməsi planının son mərhələsinə yaxınlaşır.
Mənbələr bildirir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir.
Moderator.az xəbər verir ki, news.am portalının yazdığına görə, Erməni Kilsəsinin qorunması üzrə ümumerməni şurasının bu haqdakı bəyanatında deyilir: “Əldə olan məlumata görə, hökumətin gizli dairələrində daha bir çirkin sui-qəsd hazırlanır.
Marseldən səfərdən qayıdan Bütün Ermənilərin Katolikosu II Qareginin hava limanında həbs edilməsi və ya təcrid edilməsi cəhdinin ediləcəyindən narahatlıq var.
Yalnız bir məqsəd var: ölkə üçün həyati əhəmiyyətli məsələlərin nəyin bahasına olursa olsun müzakirə ediləcəyi 10-12 dekabr tarixlərində keçiriləcək Yepiskoplar Konfransını pozmaq...
Bu gün saat 20:00-da Zvartnots hava limanının VIP salonunun qarşısında toplaşacağıq.
Tam oxu
Xəbəri oxu