Paşinyan buna görə, müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır.
Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb: "Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb.
Birinci dəfə ona qarşı silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi.
Qasparyan Paşinyana müracitə edərək, onun istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı.
Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı.
Tam oxu
Xəbəri oxu