Paşinyan bunu da qadağan etdi

13.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq bir neçə ildir ki, Paşinyan parlamentə sual-cavab sessiyası və ya büdcə qanun layihələrini müzakirə etmək üçün gələndə deputatların masalarından su şüşələri yığışdırılır.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb.

“Yəqin ki, bu illər əvvəl baş verən hadisənin təkrarlanmasının qarşısını almaq üçündür. Həmin vaxt müxalifətlə hökumət arasında şifahi mübahisə davaya çevriləndə onlar bir-birlərinə şüşə atıblar və onlardan biri Paşinyana dəyib.

Son iki gündür ki, butulkalar yenidən yığılıb. Deputatar su problemi ilə üzləşirlər. Bunun əvəzinə, Paşinyana mütəmadi olaraq kənardan su verilir.

Milli Məclis sədrinin müşaviri Aşxen Hayrapetyan Paşinyana və susamış hökumət üzvlərinə birdəfəlik stəkanlarda su gətirir”, - deyə adıçəkilən qəzet qeyd edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью