Paşinyan “cini şüşədən çıxarıb”

01.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nikol Paşinyan əslində artıq seçki kampaniyası aparır. Bu, olduqca aydındır. Lakin bu, mütləq növbədənkənar seçkilərin tezliklə keçiriləcəyi demək deyil. O, sadəcə olaraq, seçki kampaniyası ilə məşğuldur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu erməni politoloq Hakob Badalyanın deyibş 

Onun sözlərinə görə, Paşinyanın özü seçkilərin zəruri olub-olmayacağını bilmir:

"Bu, bir sıra xarici amillərdən - həm geosiyasi, həm də geoiqtisadi amillərdən asılıdır. Bu yaxınlarda Paşinyan həm hökumət, həm də hökumətyönlü dairələri, eləcə də Avro-Atlantik qüvvələri tez bir zamanda növbədənkənar seçkilərin ehtimalının az olduğunu bəyan edərək sakitləşdirməyə tələsdi.

Lakin “cin şüşədən çıxıb” və Paşinyan özü bunu qəsdən edib”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью