Paşinyan COP17 nin keçiriləcəyi tarixləri açıqladı

20.07.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası (COP17) Tərəflərinin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.

“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə o sosial mediada qeyd edib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью