Paşinyan: Covid səbəbindən SanktPeterburqda keçiriləcək MDB toplantısına qatılmayacam

25.12.2024

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Koronavirus testinin müsbət çıxması səbəbindən Ermənistanın baş naziri Nikol Paşinyan MDB liderlərinin Leninqrad vilayətində keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

“Bazar ertəsi, dekabrın 23-də Covid üçün verdiyim test müsbət oldu. Dekabrın 23 və 24-də özümü təcrid etdim və distant olaraq işlədim. Dekabrın 25-də testim artıq mənfi idi və mən adi işimə qayıtdım. Lakin həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna kimi sabah Aİİ-nin Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar verəcəyəm”, - deyə Ermənistanın baş naziri yazıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью